• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 15.03.2024 15:41

Böyük şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina var

Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina var. Baş nazir Əli Əsədov bildirib ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonunda qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln.manat vəsait ayrılıb. 26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bakı, Gəncə və Sumqayıtda 2886 ailənin yaşadığı binalar ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln. manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək.