• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1230
— 15.03.2024 15:40

COP29-un sülh gündəliyinə xidmət edəcək

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib. Söhbət zamanı regional sülh gündəliyi ilə bağlı müzakirələr aparılıb. Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarı olduğunu və sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin məhz Azərbaycan tərəfindən təklif olunduğunu vurğulayıb. Görüşdə COP29-un sülh gündəliyinə xidmət edəcəyi qeyd olunub. Dövlətimizin başçısı bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır. Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək.

Azərbaycan mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirir

Azərbaycan sülh gündəliyinə sadiqdir, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsipləri də Azərbaycan irəli sürüb. Bu fikirlər Prezident İlham Əliyevlə BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransislə görüşündə səsləndirilib. Söhbət zamanı sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olunub. Görüşdə minalar, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və BMT Baş Assambleyasının gündəliyində duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyib. 

Prezident BMT-nin İnkişaf Proqramının Administratorunu qəbul edib

Prezident İlham Əliyev BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri də qəbul edib.