• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 15.03.2024 12:16

Azərbaycan-Gürсüstan-Türkiyə arasında Bakı Bəyannaməsi imzalanıb

KepezTV Player

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili iştirak edib. Toplantıda üç ölkəni maraqlandıran məsələlər və regional əməkdaşlıq çərçivəsində qlobal hadisələr müzakirə olunub. Bakı Bəyannaməsi imzalanıb.

Ceyhun Bayramov- Xarici işlər naziri: "Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı həm regional, həm də qlobal təhlükəsizlik və stabilliyə töhfə verir. Son illərdə beynəlxalq arenada ortaya çıxan hadisələr ölkələr arasındakı üçtərəfli formatda əməkdaşlığın önəmini artırır. Sonuncu üçtərəfli görüşdən sonra həm qlobal, həm də regional baxımdan çox şey dəyişib. Bu unikal format hər üç ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdan faydalanmasına imkan yaradır".