• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 15.03.2024 12:12

Prezident İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib. Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulanıb. Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib. Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olunub.

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri ilə  görüşüb.

İlham Əliyev BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidentini qəbul edib

Dövlətimizin başçısı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi də qəbul edib.