• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2315
— 15.03.2024 09:26

Növbəti köç karvanı Füzuliyə yola salınıb

KepezTV Player

Füzuli şəhərinə növbəti köç karvanı başlayıb. Bu mərhələdə Füzuli şəhərinə 35 ailədən ibarət 153 nəfər köçürülür. 35 ailədən 22-si Bakıdan, 5-i Sumqayıtdan, 4-ü Füzuli, 2-si  Beyləqan rayonundandır. İmişli və Abşeron rayonlarının hər birindən isə bir ailə köçürülüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 562 ailənin tərkibində 2 120 nəfər köçürülüb.