• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1664
— 14.03.2024 20:10

Yol qəzasında ata və oğlu yaralandı

KepezTV Player

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşı tərəfdən gələn “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza zamanı “VAZ”-da olan sürücü 45 yaşlı Nazim Hüseyinov və sərnişini, oğlu 18 yaşlı Göyüş Hüseyinov müxtəlib dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal xəstəxanaya aparılıb. Qəzaya səbəb ilkin ehtimal kimi yüksək sürət olub. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 

Azad Mustafayev