• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 08.03.2024 10:20

8 Mart - Beynəlxalq Qadınlar Günü

Martın 8-i Beynəlxalq Qadınlar Günüdür.  Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında həmişə fəal iştirak etmiş, xalqımızın milli və ailə dəyərlərinin qoruyucusu, mədəniyyətimizin və  mənəviyyatımızın ən etibarlı təmsilçisi olmuşdur. Qadın haqqında dillər əzbəri olan bir ifadə var: “Qadınlar zərif məxluqlardır.” Onlar dünyanın bütün çətinliklərinə tab gətirib, cəmiyyətin özülünü formalaşdırma iqtidarına malikdirlər. Qadınların cəmiyyətdəki rolu  da danılmazdır. Qadın ana olmaqla yanaşı, xalqının aqibətini həll edən bir memardır. Ananın cəmiyyət üçün yetişdirdiyi milli, vətənpərvər ruhda, sağlam əqidədə böyüyən övladı xalqımızın gələcəyi üçün ən böyük nemət, ən vacib töhfədir. “8 mart” bütün dünyada qadınların bərabər, azad və rahat yaşam istəklərini dilə gətirdikləri xüsusi bir gündür. Daha müasir və sağlam cəmiyyətin formalaşması üçün qadınlara hər zaman ehtiyac vardır. Qadınlara verilmiş bu gözəl günə hörmət duyulmalı və onlar sadəcə bir gün deyil, ilin hər günü xatırlanmalıdır. 

Həyatın bəzəyi, mənası və əbədi gözəlliyi olan xanımlar bayramınız mübarək!

Günay Əsgərova

 

ƏTRAFLI...