• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1889
— 05.03.2024 10:12

Maraqlıdır

Qədim türk coğrafiyasında çillələrdən sonra gələn Boz ay yeni ilin başlanğıcı və təbiətin oyanışını xəbər verir. Boz aydan əvvəl isə bir neçə yalançı çərşənbələr qeyd olunub. Daha sonra yalançı çərşənbələr zaman-zaman unudlulur. Son olaraq 4 ünsür sayılan çərşənbələr qeyd edilməyə başlayır. Su, od, yel və torpaq. Lakin Azərbaycanın, türk dünyasının mifoloji qaynaqlarını araşdıran folklorçu Mirəli Seyidov, həmçinin, folklor və etnoqrafiyamızı bir çox təhriflərdən xilas edən Məhəmmədhüseyn Təhmasib ikinci çərşənbəni birmənalı şəkildə od deyil, Torpaq çərşənbəsi adlandırır. Bu mifoloji ənənəyə uyğun olaraq yaradılışın məzmununu özündə əks etdirir.

Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu hesab edərdilər. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışar, odunlar yenicə alışmağa başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərdir. Qədimdə Od çərşənbəsində başqa bir adət də: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxarardılar. Hətta, ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban aparardı. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsələr, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.

Bu adətdən biri də, ayı oynatmadır- Burada ayı simvolik anlamdadır, təbii ki, başqa heyvanlar da ola bilər. Bu, həm Od, həm də qarşıdakı digər iki çərşənbədə  göstərilən tamaşadır.

Bu çərşənbənin ən çox edilən fallarından biri isə, alma falıdır. Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsi deyilir. Əgər həmin adam nişanlanmış almanı götürərsə, bu niyyətin hasil olacağına işarədir. Burada istifadə olunan alma mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivinin daşıyıcısıdır.

Odu su ilə söndürmək olmaz. Od çərşənbəsində ocağı boş qoymazlar. Odsuz ocaq olmaz. Od ilə oynamaq olmaz. Od yanan yerdən tüstü çıxar. Od insanı həm qızdırır, həm də yandırar. Od ilə pambığın nə dostluğu? Od olsa özünü yandırar. Ocağı söndürən çox olar, yandıran az.

Odla bağlı inanclarda isə...

Ocaq yananda səs çıxırsa, kimsə sözünü danışır. Od hisli olarsa, “uzaqdan qonaq gələcək”. Ocaqda kül titrəyəndə “od xeyirə oynayır”. Ocağı dağıdan xeyir tapmaz. Ocaq sönməyən yerdə məskən salarlar. Çərşənbədə ocağı boş qoymazlar, deyiblər.

Araşdırmamda Ocağın odlu, qazanın qaynar olsun. Ağrın, acın odda yansın. Ocağınız odlu, eviniz nurlu olsun. Ocağına nur çilənsin. Ocağın bərəkətli olsun kimi  alqışlara da yer vermək istədim.

Lalə Sadıqova

ƏTRAFLI...