• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 06.03.2024 20:04

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki matç keçiriləcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki matç keçiriləcək. Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkəcək. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən “şəhərlilər”in yoluna davam etməməsi möcüzə olar. Liqanın ən titullu komandası “Real” da Almaniya “Leyptsiq”i ilə ev matçı öncəsi üstünlüyə malikdir. İspaniya nəhəngi səfərdə qazandığı 1:0 hesablı qələbənin davamını evdə gətirməyə çalışacaq. Hər iki oyun Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.