• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 06.03.2024 09:19

Biləyə taxılan konsept - həm smartfon, həm ağıllı saat

"Samsung” şirkətinin “Samsung Display” şöbəsi “MWC 2024” sərgisi çərçivəsində “Cling Band” adlı qeyri-adi smartfon konseptini sərgiləyib.

Sərgilənmiş konseptin xüsusi konstruksiyası və elastik OLED ekranı bu smartfonu biləkdə qolbaq kimi gəzdirməyə imkan verirlər. Şirkət bildirib ki, “Cling Band”-ı həm smartfon həm də smart saat qismində istifadə etmək olar. Cihazın ön panelində elastiki OLED ekran, arxa panelində isə kamera yerləşir. Cihazın aşağı hissəsində isə USB-C girişi ilə səsgücləndiricilər yerləşirlər. Cihazın qatlanmasına OLED ekranla yanaşı onun konstruksiyasındakı xüsusi arxa panel də şərait yaradır.

Bu cür konseptin kommersiya məqsədli versiyasının nə vaxtsa hazırlanıb-hazırlanmayacağı bilinmir.