• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1869
— 29.02.2024 20:48

Avtomobil 68 yaşlı qadını vuraraq öldürüb

Şəkidə ölümlə nəticələnən qəza olub. Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Əntiqə Fətəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.