Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4 kiloqram 500 qram heroin, 7 kiloqram 500 qram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən həmin narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib.
Məmməd Əhmədov- saxlanılan şəxs: "Əli adlı iranlı mənə zəng elədi ki, gəl Cəlilabada, orda narkotik vasitə qoymuşam. Gəl, onu götürərsən, mən deyən yerə qoyarsan, sənə 700 manat pul, bir də narkotik verəcəyəm".
Məmməd Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 173