• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 727
— 29.02.2024 09:38

Beyninə çip yerləşdirilən ilk pasient fikir gücü vasitəsilə mouse işarəsini idarə edib

Keçən ay Elon Musk elan etdi ki, onun “Neuralink” şirkəti öz beyin çipini uğurlu şəkildə insan beyninə implantasiya edib. İndi isə rəsmi şəkildə məlumat verilib ki, Neuralink-in beyin çipini əldə etmiş ilk pasient əməliyyatdan sonra tamamilə sağalıb və hətta fikir gücü vasitəsilə kompüter ekranında mouse işarəsini hərəkət etdirməyi öyrənib. “Bu mövzuda irəliləyiş müşahidə edilir. Pasient tamamilə sağalıb. Hal-hazırda əməliyyatın onun sinir sisteminə necə təsir göstərdiyini müşahidə edirik. Pasient həmçinin öz fikir gücü vasitəsilə kompüter ekranındakı mouse işarəsini hərəkət etdirə bilir” - deyə Musk qeyd edib. Musk-ın sözlərinə əsasən hal-hazırda Neuralink komandası pasienti virtual mouse düyməsinə klikləməyi öyrətməyə çalışır.

Perspektivdə bu, hərəkət funksionallığını tamamilə itirmiş şəxsin kompüter ilə qarşılıqlı əlaqəsini sürətləndirəcək və müəyyən müddətdən sonra ona bionik protezin idarəsi imkanını verəcək. Qeyd etmək lazımdır ki, öz beyin çipinin insanlar üzərində test icazəsini Neuralink ABŞ-ın müvafiq tənzimləyici orqanlarından keçən ilin sentyabr ayında əldə etmişdi. Əgər hər şey yolunda getsə, Neuralink bu il ərzində daha 10 nəfərə beyin çipini implantasiya edəcək. Gələn il üçün isə şirkət 27 nəfər pasientə beyin çipini implantasiya etməyi planlaşdırır. Məlumata əsasən şirkət bu onilliyin sonuna kimi hər il ərzində 22 204 əməliyyatın keçirilməsinə və 2028-ci ilə qədər hər il 100 milyon dollar gəlirin əldə edilməsinə hədəflənib.