• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2463
— 26.02.2024 09:31

Ət əsaslı bitki hazırlandı

Yonsey Universitetində Cənubi Koreyalı tədqiqatçılar qrupu sözün əsl mənasında mal əti ilə doldurulmuş hibrid düyü çeşidi hazırlayıblar.

Belə ki, laboratoriya üsulu ilə hazırlanmış düyü dənələrinə inəyin əzələ və yağ hüceyrələrini inteqrasiya edərək ət əsaslı bitki hazırlayıblar. Həmçinin düyüyə ətin inteqrasiya edilməsi ona iştahaçıcı çəhrayı rəngi də verib. Komanda real mal ətindən daha aşağı karbon izi ilə ucuz və davamlı protein mənbəyi də təklif etməyi ümid edir. Tədqiqatçıların bunu necə etdiyinə gəldikdə isə, onlar ilk öncə ət hüceyrələrinin yapışmasına kömək etmək üçün hər bir düyü dənəsini balıq jelatini ilə örtüblər. Daha sonra hər bir düyü dənəsinin içinə inəyin əzələ və yağ kök hüceyrələrini yerləşdirərək təqdim ediblər. Düyü taxılları məsaməli, lakin mütəşəkkil daxili quruluşa malikdir və əslində “biological scaffolds” adlanan ət hüceyrələrini təqlid edir. Beləliklə, düyü taxılları molekullarla birlikdə qidanı təmin etmək üçün hüceyrələrin böyüməsinə və inkişaf etməsinə imkan verən bir qoruma təklif edir. Hazır məhsul isə, təxminən 10 gündə əldə edilir. “Matter” jurnalında dərc edilən bir araşdırmada düyü dənələrinin dadının mal ətindən hazırlanmış suşiyə bənzədiyi qeyd edilir.

Tədqiqatın aparıcı müəllifi Sohyeon Park mətbuata açıqlmasında "Təsəvvür edin ki, ehtiyac duyduğumuz bütün qidaları hüceyrədə yetişdirilən zülallı düyüdən əldə etmişik" və "Düyü artıq yüksək səviyyədə qida maddəsinə malikdir, lakin ferma heyvanlarının hüceyrələrini əlavə etmək bunu daha da artıra bilər." sözlərini deyib. Bu tədqiqat hələ araşdırma mərhələsində olduğuna görə, mal ətindən hazırlanmış düyünün yaxın vaxtlarda restoran menyularında olmayacağı bildirilir. Komanda daha çox qida dəyəri olan düyü taxılları istehsal etmək üçün böyümə prosesini təkmilləşdirir. Onlar həmçinin bu qidanın dadını, toxumasını və rəngini daha da yaxşılaşdırmağa ümid edirlər.