• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 23.02.2024 09:22

Yaponiyada ilk sürücüsüz taksi istifadəyə veriləcək

Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2024-cü ilin yayından başlayaraq Daiba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətindədir.

“Yomiuri” qəzetinin verdiyi məlumata görə, pilotsuz nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarda bu məqsədlər üçün istifadəsi Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.

Tokio körfəzinin sahilində yerləşən Daiba ticarət və əyləncə rayonu Tokionun turistik yerlərindən biri hesab olunur. Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarına pulsuz nəqliyyat təmin etməyi planlaşdırır. Daşınma üçün xüsusi sensorlar və yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş Toyota Sienna minivenindən istifadə olunacaq.