• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 748
— 20.02.2024 15:52

Axtarışda olan silahlı şəxs saxlanılıb

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb. Ondan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. Həmçinin, Sabunçu RPİ-nin 14-cu PŞ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.