• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 17.02.2024 12:47

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

KepezTV Player

Azərbaycanın sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. 97 kiloqram çəki dərəcəsində çıxış edən Maqomedxan Maqomedov yarımfinalda macarıstanlı Vladislav Baytsayevə 7:2 hesabı ilə qalib gəlib. O, bu gün ikinci dəfə Avropa çempionu olmaq üçün yarışacaq. Millinin digər üzvlərindən İslam Bazarqanov və Əli Rəhimzadə yarımfinalda məğlub olaraq bürünc mükafat uğrunda görüşə vəsiqəni təmin ediblər. Bu gün həmçinin Nurəddin Novruzov və Arseni Cioyev təsnifatdan, Turan Bayramov, Osman Nurmaqomedov və Georgi Meşvildişvili 1/8 finaldan yarışa başlayacaqlar.