• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 16.02.2024 15:57

“Qarabağ”ın 3 futbolçusu rəmzi komandaya düşüb

KepezTV Player

“Qarabağ”ın 3 futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasına düşüb. Qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubir “SofaScore” nəşrinin versiyasına əsasən “11-liy”ə daxil ediliblər. “Braqa” klubuna qarşı səfərdə keçirilən oyuna əsasən Lunyov 7,9, Yankoviç 8,0, Zubir isə 9,0 xalla qiymətləndirilib. “Qarabağ”ın qalib gəldiyi matçda Abdullah Zubir 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də həftənin futbolçusu adına namizəddir.