• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 16.02.2024 15:44

Musiqi paradı davam edir

KepezTV Player

Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə "Xalqın Mədəni Sərvəti" layihəsi çərçivəsində görkəmli bəstəkar Qara Qarayevin əsərlərindən ibarət musiqi paradı davam edir. Bu münasibətlə təşkil edilən tədbirdə Gəncə Uşaq İncəsənət məktəbinin və 1, 2, 3, 4 saylı musiqi məktəblərinin yetirmələri Qara Qarayevin 21 əsərini ifa ediblər. Tədbir izləyicilər tərəfindən maraqla qarşılanıb. 

Ramin Paşayev