• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 886
— 16.02.2024 11:59

Azərbaycan lideri Litva Prezidentini təbrik edib

KepezTV Player

Hazırda Azərbaycanla Litva arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər var. Bu fikirlər Prezident İlham Əliyev Litvanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Gitanas Nausedayaya ünvanladığı təbrik məktubunda yer alıb.  Dövlət başçısı Azərbaycan-Litva münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişafına əminlik ifadə edib.