• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 15.02.2024 10:39

Böyüməkdə olan gənc nəsil üçün atılan addımlar

Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsində dövlətimizin xüsusi qayğısı danılmazdır. Yeni məktəblərin tikintisi, stadionların və olimpiya komplekslərinin inşası və s. bunun əyani sübutudur.

Psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi birinci ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir. Bu mənada ilk növbədə hər bir valideyin məsuliyəti dərk etməlidir. Təbii ki, hər bir uşaq ilk növbədə ata-anasını ən ideal insan sayır. Əgər valideynlərdə fiziki qüsurlardan başqa hansısa çatışmazlıq olarsa, bu, uşağın psixologiyasında təsirsiz ötüşməyəcək. Daha sonra təhsil aldığı müəssisə və idmanla məşğul olduğu cəmiyyət və ya klub gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarında, onların şəxsiyyətlərinin formalaşmasında, milli ruhda böyümələrində, təhsilə məsuliyyətlə yanaşmalarında  birbaşa cavabdehlik daşıyırlar.

Elmir Məmmədov- valideyn: “Böyük qızım bağçaya gedir, balaca qızımın tərbiyəsi, inkşafı ilə həyat yoldaşım məşğul olur. İlk növbədə qız uşağıdır deyə, onların nazı ilə oynayırıq. Hər nə deyirsə, biz onu mütləq yerinə yetiririk. Parka,əyləncə məkanlarına tez-tez aparırıq ki, dünyagörüşləri artsın”.

Uşaq hər gün, hər saat böyüyür. Böyüdükcə də onun ətraf mühitdən götürdükləri çoxalır. Çoxaldıqca, onun xarakterində dəyişikliklər baş verir. Bu dəyişikliklərin bizim istəyimizə uyğun olmayaraq inkişaf etməsinin qarşısını almaq üçün ilkin mərhələdə  başqalarına diqqət və qayğı göstərib, onları nəzərə almağı öyrətməliyik.

Biz bu gün uşağın cəmiyyətdə fərddən şəxsiyyətə keçid prosesini araşdırdıq. Ancaq bilirik ki, uşaqların xarkteri ilə yanaşı orqanizmi də daim böyüməkdədir. Sağlam şəkildə böyüməklə yanaşı inkişafı üçün nələr etməlidir valideynlər? Bu sualımızı mütəxəsislərin cavablandırmağını istərdik.

Leyla Əliyeva

 

ƏTRAFLI...