• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 09.02.2024 12:26

Bazarda atışma olub, 4 nəfər ölüb

KepezTV Player

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən İstanbul bazarı ərazisində baş vermiş atışma zamanı 4 nəfər həlak olub. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb. Hadisə nəticəsində yaralanan daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib. İnsidenti törədən şəxsin hadisə yerində saxlanıldığı bildirilib. DİN yaralı şəxsin və ölənlərdən birinin hücumu törədənin qohumları olduğunu açıqlayıb. Faktla əlaqədar istintaq başladılıb.