• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 08.02.2024 16:42

TDT-nin Baş katibi: Seçkilər çox şəffaf mühitdə və qanun pozuntusu olmadan keçib

KepezTV Player

Azərbaycanda seçkilər müvafiq qayda və qanunlara uyğun olaraq təşkil edilib. Bu sözləri  Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələrinə dair keçirdikləri mətbuat konfransında söyləyib.

Kubanıçbek Ömüralıyev - TDT-nin Baş katibi: Seçkilər şəffaf şəkildə və heç bir qanun pozuntusu aşkarlanmadan keçib. Seçki günü missiyamız, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub, 22 məntəqəyə baş çəkib. Müşahidəçilərimiz Şuşa və Xankəndidə səsvermə prosesini izləyiblər. Bu, çox əlamətdar hadisədir. Həm Bakıda, həm də işğaldan azad edilmiş ərazilərdə bütün prosedurlara və səsvermənin gizliliyinə riayət olunub.