• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 01.02.2024 10:17

Maraqlıdır

Sən demə, dikdaban ayaqqabılar, əvvəlcə qəssabların geyinməsi üçün tikilirdi ki, heyvanları kəsəndə, ayaqları qana bulaşmasın.

Kişilər üçün nəzərdə tutulan digər ayaqqabı növü isə, ugg çəkmələridir. Amerikada bu çəkmələr kişi sörfçülər tərəfindən geyilirdi.

Bundan başqa, əl çantaları da 17-ci əsrin sonlarına qədər kişilərin istifadə etməsi üçün nəzərdə tutulmuşdu. Səbəb isə, bu çanta kəmərə bərkidilir, jurnallar, tibbi materiallar və qida kimi zəruri əşyaların daşınması üçün universal çanta kimi istifadə edilirdi. Əslində bu dəb bir çox ölkədə yenidən gündəmdədir.

Bosniyanın Zenica şəhərində mövsümün başlanğıcını Cimburijada kimi tanınan qaynadılmış yumurta ilə qeyri-adi formada qeyd edirlər. Günə çayın yaxınlığındakı şəhər parkında, böyük tavada bişmiş yumurtadan ibarət, səhər yeməyi ilə başlayırlar. Daha sonra günün qalan hissəsini əylənmək, manqal bişirmək və çaya tullanmaqla keçirirlər.

Pandalar sevimli, sakit heyvanlar kimi qəbul edilsə də, təhlükə hiss etdikdə, şübhəsiz ki, təhlükəli tərəfləri olur.  Digər ayılar kimi onların da  iti pəncələri və iti dişləri var . Özlərini və ya balalarını qorumaq üçün hücum edə bilərlər. Yalnız bambuk yeyən bu canlıların orqanizmi ət yeyən heyvanlardakı kimidir. Hər kəsin ağ- qara kimi bildiyi pandaların yeni doğulanda rəngi çəhrayı olur və çəkisi cəmi 90-130 qr. Amma bir çox heyvan kimi pandaların da nəsli kəsilmək üzrədir. Onların çoxalma çətinliyi, pis bambuk pəhrizi, yaşayış yerlərinin itirilməsi və brakon yerlər buna səbəbdir.

Pandalar çoxlu təhlükələrlə üzləşirlər, lakin zooparklar və panda qoruqları onların nəsli kəsilməməsi üçün əllərindən gələni edirlər.

Lalə Sadıqova

ƏTRAFLI...