• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1066
— 31.01.2024 10:35

“BMW” zavodunda insana bənzər robot çalışacaq

Robototexnika sahəsində fəaliyyət göstərən Figure adlı startap BMW şirkəti ilə partnyorluq müqaviləsi bağlayıb. İki şirkət arasındakı bu əməkdaşlıq çərçivəsində BMW şirkəti insana bənzər Figure robotlarını ABŞ-ın Cənubi Karolina ştatındakı zavodunda istifadə edəcək. Qeyd etmək lazımdır ki, bu, 2022-ci ildə təsis edildiyi vaxtdan Figure şirkətinin ilk kommersiya məqsədli müqaviləsidir. Figure şirkətinin CEO-su Brett Adcock-un sözlərinə əsasən BMW zavodundakı istehsalat prosesində ilk əvvəl az sayda robotdan istifadə ediləcək. Əgər əmək məhsuldarlığı üzrə təyin edilmiş müəyyən göstəricilərə nail olunsa, zavoddakı robotların sayı artacaq. Məlumata əsasən robotlar zavodun müxtəlif istehsalat bölmələrinə inteqrasiya ediləcək.