• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 29.01.2024 10:18

Maraqlıdır

Keçmişdə Qərbdə kişilər köynəklərini özləri geyinir, qulluqçular isə yüksək təbəqədən olan qadınları geyindirirdilər. Beləliklə, kişi köynəyindəki düymələr sağ əlli geyinənlər üçündür, lakin qadın koftaları, başqası tərəfindən düymələnməsi üçün nəzərdə tutulub. 

Bu üzük, dünyanın ən bahalı daş-qaşı sayılır. Və Pink Star adlanan bu brilyantın sahibi Honq-Konqlu zərgər Chow Tai Fookdur. O, 59,60 karatlıq qaşı olan üzük üçün 71,2 milyon dollar ödəyib. 

İlk dəfə 1783-cü ildə Jozef və Etyen Monqolfye qardaşları hava şarını ixtira ediblər. Bu, havaya qalxan ilk uçuş aparatı kimi tarixə düşüb. Lakin hava şarları vasitəsilə istənilən məsafəyə uçmaq mümkün deyildi: anidən küləyin qopması müxtəlif fəsadların baş verməsinə səbəb olurdu. Nəhayət, arzuları reallaşdıran uçuş aparatı bundan 2 əsr sonra ixtira olunub. Uilbur və Orvill Rayt qardaşları 1903-cü ildə ixtira etdikləri iki pərli, primitiv uçuş aparatı ilə təyyarə erasının başlanğıcını qoyublar. Yəqin ki, ilk təyyarə ilə ilk səyahət edən insanların həyəcanları əvəzedilməz bir hiss olub.

ABŞ-da baş barmağını qaldıraraq taksi saxlaya bilərsiniz. Bu, çox normal haldır. Qəribə olan isə, Yunanıstanda bu jest kobudcasına susmağın işarəsidir. 

Lalə Sadıqova

ƏTRAFLI...