• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 29.01.2024 08:49

Avtoxuliqanlıq edərək qəza törədən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncədə yol polisi sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıb. 2 nəfər şəhər sakini özlərinə məxsus “VAZ” markalı avtomobil ilə avtoxuliqanlıq edərək yarış təşkil ediblər. Bir-biriləri ilə toqquşaraq qəza törədən sürücülər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Bundan başqa, “Opel” və “VAZ” markalı avtomobillərin sürücülərinin toy karvanına qoşularaq avtoxuliqanlıq etmələri məlum olub. Həmin sürücülər inzibati məsuliyyətə cəlb olunublar.