KepezTV Player
Dünən saat 21 radələrində sahildən 30 kilometr aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. Dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. 7 nəfər gəmi heyəti və 25 sərnişin təhlükəsiz şəkildə bu gəmilərə təxliyə edilib. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən bildirilib ki, “PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.
- Baxış: 144