Qurban Qurbanovun yetirmələri 44 xalla turnir cədvəlinə başçılıq edirlər. “Köhlən atlar” ilə müqayisədə "Kəpəz" autsayderlər mövqeyində qərarlaşıb. Komanda 17 xalla turnir cədvəlinin 9-cu pilləsində yer tutub. Gəlişi ilə komandanın çıxışında müsbətə doğru dönüş yaradan "sarı-göylər"in baş məşqçisi Adil Şükürov qarşıdakı oyunda da yetirmələrinin uğurlu performansı davam etdirməsini arzulayır.
Adil Şükürov- baş məşqçi: “Bu oyun bizim üçün çox vacib idi. Futbolçular çox sağ olsunlar. Çox əziyyət çəkdilər. Hava şəraiti də çox çətin idi. Çox güc sərf elədilər ki, bu oyunda qalib gəlsinlər. Bu oyunun varlığını da, ciddiliyini də futbolçular tam olaraq ciddiliklə başa düşürdülər, anlayırdılar. Hazırlığa başladığımız ilk gündən bu oyunun regionumuz üçün nə verəcəyini, hansı önəm kəsb etdiyini anlamışdılar. Sağ olsunlar, yenə deyirəm. Düzdür, fikirləşirik "Qarabağ" ilə oyunumuz çətin olacaq. Amma biz, əllərimizi yanımıza salıb, "Qarabağ"ın oyununu izləməyəcəyik, çalışacağıq ki, “Qarabağ” ilə maksimum yaxşı oynayaq, yaxşı futbol göstərək. Mübariz bir futbol göstərək. Komandamız qazanmaq üçün mübarizə aparsın”.
"Kəpəz" "Qarabağ" ilə Premyer Liqanın ilk yarısında iki dəfə qarşılaşıb. Görüşlərin birində 1:1 hesablı heç-heçə, digərində isə gəncəlilərin böyük hesablı yenilgisi qeydə alınıb - 7:1. Sonuncu Qərb derbisində "Kəpəz"in heyətində ilk qolunu vuran Şakir Seyidov bu dəfə də Qəbələyə xal qazanmaq üçün yollanacaqlarını deyib.
Şakir Seyidov- müdafiəçi: “Böyük məğlubiyyət almışdıq, amma şükürlər olsun, indi Adil müəllim tapşırıqlar verir. Məşqlərə davam edirik, oyuna hazırlaşırıq. İnşallah, Qəbələyə qələbə və xallar üçün gedirik. Hər qələbədən sonra komanda istəyir ki, sonra da qələbələr qazansın. Komandada ab-hava şükür ki, çox yaxşıdır”.
"Kəpəz" qarşıdakı oyuna itki ilə çıxacaq. Komandanın liderlərindən biri Georgi Papunaşvili cəzalı olduğundan görüşü buraxacaq.
Ramin Paşayev
- Baxış: 167