• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2393
— 26.01.2024 19:57

Kəlbəcərdə silah-sursat tapılıb

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisindəki müxtəlif yerlərdən 1 ədəd “RPQ” markalı pulemyot, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 26 ədəd “F1” markalı əl qumbarası və 19 ədəd əl qumbarasının alışqanı aşkar edilib. Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.