• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 26.01.2024 16:46

Evdə yanğın baş verib

Bakının, Nəsimi rayonu, Xəqani küçəsində yanğın olub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50m² olan ikiotaqlı mənzilin mətbəxində baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mətbəxdə olan 1 ədəd qabyuyan, 1 ədəd paltaryuyan maşın və qaz sobası yanıb. Mənzil yanğından mühafizə olunub.