![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Tesla%20Optimus%20robotunun%20yeni%20bacariqi.jpg?itok=GC5x6Y0Y)
“Tesla” şirkətinin “Optimus” adlı robotunun ikinci versiyası olan “Optimus Gen 2” köynəkləri səliqəli şəkildə qatlamaq bacarığını öyrənib. Elon Musk robotun bu bacarığını əks etdirən videonu təqdim edib və robot barəsində əlavə məlumatlar verib. Musk-ın sözlərinə əsasən “Optimus” robotu nəticə etibarilə bu və buna bənzər digər tapşırıqları avtonom şəkildə yerinə yetirə biləcək. Robotun hal-hazırda sərgilədiyi imkanlar öncədən düşünülmüş və proqramlaşdırılmış imkanlardır. Bununla belə sərgilənən bu imkanlar robotun bədən konstruksiyasının necə yaxşı çalışdığını göstərirlər. Musk-ın sözlərinə əsasən “Tesla” yaxın zamanda “Optimus” robotlarını öz istehsalat proseslərində istifadə edə bilər.
- Baxış: 129