• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2344
— 23.01.2024 09:23

Oyunlardakı kənar personajları canlandıra biləcək texnologiya təqdim edilib

Neyron şəbəkələrinin ilk dəfə işıq üzü gördükləri zamanlarda bir çoxları bu texnologiyanın vasitəsilə kompüter oyunlarının hazırlanma proseslərinin necə dəyişə biləcəkləri mövzusunda təsəvvürlər yaradırdılar. İndi isə məlum olub ki, kompüter oyunlarındakı NPC-lərin (non-playable character / qeyri-oyunçu personajı) fərdi zəkaya sahib olacaqları dövr düşünüldüyündən daha yaxın ola bilər. NVIDIA şirkəti Convai adlı şirkət ilə birlikdə Avatar Cloud Engine (ACE) texnologiyasının yeni versiyasını təqdim edib.

Bu, neyron şəbəkəsi əsasında çalışan alətlər toplusudur və o, oyun tərtibatçılarının işlərini sadələşdirmək üçün nəzərdə tutulub. ACE kompüter oyunlarındakı NPC-ləri canlandırmağa istiqamətlənib. Neyron şəbəkəsi bu və ya digər NPC-nin replikalarını, üz mimikasını və hərəkətlərini tərtib edir, NPC-nin ifadələrini avtomatik şəkildə səsləndirir və üstəlik NPC-nin ətrafda baş verənlərə reaksiya verməsində yardımçı olur. Bu, hələ ki, təlimatlandırılan və təkmilləşdirilən işlək modellərdir. Lakin ola bilsin ki, artıq yaxın gələcəkdə canlı NPC-lər kompüter oyunlarının ayrılmaz hissəsinə çevrilsinlər.