• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 22.01.2024 20:07

Qərb derbisində “Kəpəz” qələbə qazandı

KepezTV Player

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Turan Tovuz" "Kəpəz"in qonağı olub. Qərb derbisi Qəbələ şəhər stadionunda gerçəkləşib. Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb. Matçın 4-cü dəqiqəsində "Turan Tovuz"un heyətindən Ayxan Hüseynov hesabı açıb. Sarı göylərdən Şakir Seyidov 25-ci dəqiqədə hesabı bərabərləşdirib. 72-ci dəqiqədə isə matçın taleyini Martins Junior həll edib. Beləliklə, qərb derbisinin qalibi “Kəpəz” olub. 

Vüsalə Cənnətova