Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taleh Bərxudarov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində aparılan müvafiq axtarış zamanı əlindəki sintetik torbadan 1 ədəd "Kalaşnikov-AK74" markalı avtomat, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb. Bundan başqa, Polis əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Faktlarla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 137