• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1419
— 20.01.2024 15:52

Gəncə Basketbol Liqası davam edir

KepezTV Player

Azərbaycan Basketbol Federasiyası və Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Gəncə Basketbol Liqasında mübarizə davam edir.  Liqanın oyunları ATU-nun idman zalında keçirilir. Yarışda 5 komanda iştrak edir. Müxtəlif idarə və təşkilatları təmsil edən kollektivlərin qatıldığı liqada turnirə ev sahibliyi edən texnologiya universitetin komandası da qüvvəsini sınayır. Oyunlar dairəvi sistem üzrə olmaqla hər həftə keçirilir. 5 aya yaxın müddətdə davam edəcək Gəncə Basketbol Liqasına mayda yekun vurulacaq. Yarışın qalibi olacaq komanda medal və kubokla təltif ediləcək.