Fövqəladə Hallar Nazirliyinə paytaxtın Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin birinci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub. Hadisə nəticəsində hüzür mərasimində iştirak edən 1949-cu il təvəllüdlü Fatma Mustafayeva, 1955-ci il təvəllüdlü Rahilə Mirzəyeva və 1958-ci il təvəllüdlü Rəna Rüstəmova xəsarət alıblar. Onlar ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdiriliblər. FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Olay yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunub. Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
- Baxış: 158