• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1094
— 18.01.2024 09:40

“Telegram”da mesajların göndərilməsi ilə bağlı yeni funksiyalar

Telegram” tərtibatçıları messencer üçün növbəti yenilənməni istifadəyə veriblər. 10.6 nömrəli yenilənmə çərçivəsində messencer bir sıra faydalı funksiyanı əldə edib. Beləliklə “Telegram”ın əldə etmiş olduğu yeni funksiyalardan biri səsli mesajın yazılması ilə bağlıdır. Belə ki, bundan sonra istifadəçi səsli mesajı yazan zaman prosesi yarıda saxlaya və daha sonra onu yenidən bərpa edə bilər. Bununla belə səsli mesajın artıq yazılaraq yarıda saxlanmış hissəsi olduğu kimi qalacaq və bərpa edilmiş səsli mesaja birləşəcək.

Bu funksiyadan istifadə etmək üçün sadəcə olaraq mikrofon işarəsini yuxarı sürüşdürərək yarıda saxlama düyməsinə klikləmək lazımdır. Səsli mesajın yazılma prosesini bərpa etmək üçün isə həmin düyməyə yenidən klikləmək lazım gələcək. Bununla yanaşı “Telegram”a bir dəfəlik audio və video mesajların göndərilməsi funksiyası əlavə edilib. Bu cür audio və video mesajları qəbul etmiş şəxs onlara bir dəfə qulaq asandan və ya onları bir dəfə izlədikdən sonra mesajlar avtomatik olaraq silinəcəklər. “Telegram 10.6” artıq Android və iOS üçün istifadəyə verilib.