• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 18.01.2024 08:47

Hamilə qadın dəm qazından boğulub

KepezTV Player

Bakının Sabunçu rayonunda qadın dəm qazından boğulub. Hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Məmmədova Səmayə Xalid qızı evin hamam otağında dəm qazından boğularaq ölüb. O xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Ölən qadın hamilə olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.