• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2167
— 17.01.2024 18:43

Polis əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb

KepezTV Player

Kürdəmirin Sor-Sor kənd sakini Elzamin İsmayılov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı satış məqsədilə 57 ədəd kibrit qutusunda qablaşdırılmış və çəkisi 400 qrama yaxın olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Polis əməkdaşları tərəfindən son iki həftə ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı ümumilikdə 11 nəfər saxlanılıb. Onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.