• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2393
— 16.01.2024 12:15

Bakıda Dünya Kubokunda 33 ölkə iştirak edəcək

KepezTV Player

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 33 ölkə iştirak edəcək. Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, yarış fevralın 23-25-i aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq. Dünya Kubokunda Azərbaycan millisi ilə yanaşı, Argentina, Avstraliya, Belçika, Fransa, Böyük Britaniya, Yaponiya, Meksika, Çin, Cənubi Afrika, Türkiyə, ABŞ və Özbəkistan kimi ölkələrin gimnastları mübarizə aparacaqlar. Yarış Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.