• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 16.01.2024 10:05

Sumqayıtda partlayış olub, xəsarət alanlar var

KepezTV Player

Sumqayıtda da partlayış baş verib. Hadisə Yəhya Məmmədov küçəsi, 2 saylı yataqxanada qeydə alınıb. Partlayış zamanı 1 ailənin 4 üzvü xəsarət alıb. Əraziyə FHN-in qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb. TƏBİB-in məlumatına görə xəsarət alan 4 nəfərdən 3-nün vəziyyəti orta ağırdır. Sumqayıt şəhər Prokurorluğu baş vermiş partlayışla bağlı araşdırma aparır.