• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1042
— 15.01.2024 09:30

Elektriklə işləyən təyyarələr istehsal olundu

“China Aviation Industry General Aircraft”, Çində milli istehsalı olan elektrik təyyarəsinin ilk uçuş sınağını keçirib. Məlumata görə, iki yerlik “AG60E”nin sınaqları ölkənin şərqindəki Zhejiang əyalətində keçirilib. Təyyarənin təkmühərrikli idman “AG60”ın modifikasiya edilmiş versiyası olduğu bildirilir.

Yeni uçan aparatın uzunluğu 6,9 metr, qanadlarının uzunluğu isə 8,6 metrdir. O, saatda 185 kilometrə qədər sürət yığa bilir. Tərtibatçının sözlərinə görə, elektrik təyyarələrinin istehsalı üzrə Çin Xalq Respublikası aşağı hündürlükdə uçuşların populyarlaşmasına yönəlmiş strateji sənayenin inkişafını stimullaşdırır.