KepezTV Player
Gəncədə kişinin yaşadığı evin hamam otağında yanmış meyiti aşkar edilib. Hadisə şəhərin İstanbul küçəsi ev 23-də qeydə alınıb. Şəhər sakini Nəsrəddin Sadıqovun natamam yanmış meyiti tapılıb. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Qonşularının sözlərinə görə Nəsrəddin Sadıqov evdə tək yaşayırmış və hadisə baş verən zaman evdə heç kim olmayıb. Qohumları və qonşular isə hadisədən gec xəbər tutublar. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
- Baxış: 86