• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2118
— 10.01.2024 08:17

“Honor” öz peyk rabitəsi texnologiyasını anons edib

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Honor şirkətinin təqdimata hazırlaşan Honor Magic 6 smartfonları peyk rabitəsi funksiyasına sahib olacaqlar. İndi isə bu məlumat rəsmi şəkildə təsdiqlənib. Belə ki, Honor öz peyk rabitəsi texnologiyasını anons edib. Şirkət tərəfindən təqdim edilmiş tizer posterə əsasən Honor bu mövzuda kompakt və sürətli həlli təklif edəcək. Tizer posterdə belə bir cümlə əks olunub. “Peykə qoşulun, mobil cihazı düzgün vəziyyətdə saxlayın”.

Çox güman ki, smartfonda peyk rabitəsi funksiyasının aktivləşdirilməsindən sonra sistem smartfonun peykə daha yaxşı şəkildə qoşulması üçün mobil cihazı hansı istiqamətə yönləndirmək lazım olduğunu bildirəcək. Tizer posterdəki smartfon ekranında əks olunmuş əlavə iki ikondan belə qənaətə gəlmək olar ki, Honor-un peyk rabitəsi funksiyası vasitəsilə təkcə mətn formatlı mətnlərin göndərmək deyil, həmçinin audio zəngləri də reallaşdırmaq mümkün olacaq.