• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 08.01.2024 14:22

Qanunsuz kömür istehsalının qarşısı alınıb

KepezTV Player

Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib. Belə tədbirlər zamanı rayon ərazisində vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar edilib. Qanunsuz kömür istehsal edən 3 nəfərin rayonun Tapan kənd sakinləri olduqları müəyyən edilib. Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

“Kalaşnikov” avtomatı aşkarlanıb

Bundan başqa Rayon Polis Şöbəsinə Rayon Xəstəxanasının arxa hissəsindəki məişət tullantıları üçün nəzərdə tutulmuş ərazidə silah-sursat olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmlar həyata keçirib və ərazidən 1 ədəd 7.62 mm-lik “Kalaşnikov” avtomatı və həmin avtomatın üzərinə quraşdırılmış qumbaraatan aşkar edilərək götürülüb. Bununla yanaşı, polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakini saxladıqları müvafiq sənədləri olmayan, müxtəlif kalibirli ov silahlarını polisə könüllü təhvil verib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.