• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 30.12.2023 17:04

Ceyhun Bayramov Fransanın "persona-non-grata" elan etdiyi Azərbaycan diplomatları ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Fransa tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona non grata elan edilmiş səfirlik əməkdaşlarını qəbul edib. Ceyhun Bayramov səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib. Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib. İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib. Nazir səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib.