• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 25.12.2023 16:22

Güclü külək ağacları qəbirlərin üzərinə aşırıb

KepezTV Player

2 gündür qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti qəbiristanlıqda da fəsadlar törədib. Gəncədə baş verən güclü külək  irigövdəli ağacları qəbirlərin üzərinə aşırıb. Hadisə şəhərin 4 saylı "Yeni Səbiskar" adlanan qəbiristanlığında baş verib. Güclü küləyin təsirinə tab gətirə bilməyən 10- a yaxın irigövdəli ağac kökündən aşaraq qəbirlərin üzərinə düşüb. Hadisə nəticəsində bir neçə qəbir daşlarına ziyan dəyib. Kökündən çıxan, qırılaraq aşan ağacların zərər vurduğu bütün məzarlar “Səbzikar” Dəfn Xidmətləri MMC tərəfindən bərpa ediləcək. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.