• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 21.12.2023 08:48

Bacılar qazdan zəhərlənib

KepezTV Player

Ağstafada zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Poylu kəndində baş verib. Kənd sakinləri olan iki bacı - 2011-ci il və 2013-cü il təvəllüdlü Hacızadələr yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib. Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib. Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilib.