Xanımların belə bir sualı var: “Gözəllik ondur, doqquzu dondur. Hər kəs gözəl görsənmək istəyər, ancaq dəblə uyğunlaşmağın tərəfdarıyıqmı?”Bu gün bu haqda danışacağıq.
Geyimimiz bizim xarici görünüşümüzdə, yaratdığımız obrazda böyük rol oynayır. Geyim insanın xarakterinin, əhval-ruhiyyəsinin, bəlkə də, ən əsas göstəricisidir. Bu dəfə isə gənclərin modanı izləyib-izləmədikləri, paltar seçərkən nələrə önəm verdikləri, kiminsə məsləhətinə qulaq asıb-asmadıqları və ən əsası "modaya, yoxsa bədəninizə uyğun geyinirsiniz?” sualları ətrafında araşdırmalarımız var.
Ayşən Həsənova- satış məsləhətçisi: “Xanımlar özlərinə yaraşanı geyinməlidir. Elə rənglər var ki, insanın vücudunu tamam fərqli göstərir”.
Müsahibimizin dediklərinə əsasən, müəyyən tonlar var ki, insanın həyatına rəng qatır. Məsələn, yaşıl. Deyirlər ki, yaşıl təbiət, həyat və yaz rəngidir. Bu rəngi sevən insanlar yad təsirdən qorxurlar.
Eyni zamanda, qırmızı rəngi xoşlayanlar isə cəsarətli, iradəli, hökmranlığı sevən, tez özündən çıxan və mehriban insanlar olur. Ağ və qara rənglər xanımların daha çox sevdiyi və seçim etdiyi rənglər siyahısına aiddir. Onlar geyimlərə və libaslara çox önəm verirlər. Müsahibimizə digər sualım isə bu oldu. Bəzən ona yaraşmasa da, “dəbə” uyğunlaşmaq üçün seçilən geyimlər müştəri üzərində necə durur?
Ayşən Həsənova- satış məsləhətçisi: “Müştəri dəbdə olan, ancaq üzərinə yaraşmayan geyimi seçdikdə, çox pis görüntü yaranır”.
Yaşadığımız illərdə həyatımız iradəmizdən asılı olmayaraq müxtəlif rənglərlə boyanır. Ağ günə çıxdığımız da olur, qara günün yan keçmədiyi vaxtlar da… Həyatımızda mövcud olan bu cür dəyişkən rəng balansına baxmayaraq, insanın çoxsaylı istəkləri olur. Arzumuzun nə olduğu fərq etmir, hər zaman qəlbimizin səsini dinləyək.
Tellan Zeynalova
- Baxış: 207